Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan ərazisində casusluq yolu ilə toplanılan məlumatları kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycandan çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb. Bu barədə DTX-nin məlumatında deyilir.
Bildirilir ki, dövlətə xəyanət faktı üzrə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə başlanılan cinayət işi üzrə davam edən araşdırmalarla casus şəbəkəsinin Bakı şəhəri və ölkənin digər ərazilərində fəaliyyət göstərən üzvləri ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilib, barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycanda casus şəbəkəsi ifşa edilib
14:20
19 İyul 2017