Banner

Hadisə

Azərbaycanda bankdan yarım milyon pul oğurlandı - Öz işçisi imiş

Azərbaycanda bankdan yarım milyon pul oğurlandı - Öz işçisi imiş | FED.az
14:15 19 Mart 2019

Lisenziyası ləğv edilmiş “Zaminbank”dan 480 min manat məbləğində pul oğurlamaqda təqsirləndirilən Elnur Kərimov barəsində həbs qətimkan tədbiri seçilib. 

FED.az xəbər verir ki, “Zaminbank”da kredit mütəxəssisi vəzifəsində çalışmış E.Kərimov etibardan sui-istifadə edərək banka qarşı 480 min manatlıq dələduzluq edib. 

Belə ki, o, işlədiyi dövrdə bankda müştərilərin hesabından pul çıxararaq digər hesablara köçürüb. 

Eləcə də bax: Bakıda bank hesabından oğurluq edən şəxs tutulub


İstintaq dövründə E.Kərimova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Digər xəbərlər

Banner