Mərkəzin məlumatına görə, Şamaxıda yenidən zəlzələ olub.
Qeyd edilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla 16:04-də 4 km dərinlikdə baş verib, təkanlar hiss olunmayıb.
***
Şamaxı rayonu ərazisində 3,7 maqnitudalı zəlzələ olub.
Bu barədə FED.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 16.02-də baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.