May ayı ərzində daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 31 əməliyyat keçiriblər.
Bu əməliyyatlarda 39 nəfər və 4 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 10-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olublar.
Əməliyyatlarla “qara bazar”da dəyəri 13 milyon manat olan 325 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, tiryək, 3 kiloqram zəhərli maddə olan civə, 2 min ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələ keçirilib. Məlum olub ki, narkotik maddələr ölkəyə İran vətəndaşları göndərilir.