Çinin ali qanunverici orqanı Azərbaycan və bu ölkə arasında məhkumların təhvil verilməsi barədə razılığı təsdiqləyib.
FED.az xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.
Çin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin üzvləri qanunverici orqanın sessiyasında sazişin ratifikasiyasının lehinə səs veriblər.
On doqquz maddədən ibarət olan sazişdə təhvil vermə prosedurunun şərtləri, zəruri sənədlər və xərclər əksini tapıb.
Bu məsələni şərh edən Çinin Ədliyyə naziri Fu Çjenhua sazişin ratifikasiyasının Çin və Azərbaycan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığının möhkəmləndirilməsinə, eləcə də ikitərəfli əlaqələrin inkişafına yardım edəcəyini vurğulayıb.
Eləcə də bax: İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb