"Azərbaycan" İstilik Elektrik Stansiyasının fəhləsi Nihat Mirzəyev xəstəxanada ölüb.
Eləcə də bax: İş yerində ölən işçinin ailəsi nə qədər ödəniş almalıdır? - HESABLAMA, MƏBLƏĞLƏR
FED.az "Report" xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, iş zamanı hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alan fəhlənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
*** 16:54
Mingəçevir şəhərində "Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) iş zamanı hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alan fəhləsinin şəxsiyyəti məlum olub.
İES-in fəhləsi, Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nihat Barat oğlu Mirzəyev ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
Xəstəxanadan bildirilib ki, onun vəziyyəti ağır olaraq qalır.
*** 16:19
"Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) fəhləsi iş zamanı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
Hadisə Mingəçevir şəhərində yerləşən İES-də iş zamanı baş verib.
Belə ki, hələlik adı məlum olmayan, fəhlə iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.