Bakıda dəmiryolu körpüsü uçub. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakıda uçqunun baş verməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, fevralın 22-də beton qarışdıran maşının sözügedən körpüyə çırpılması nəticəsində körpü qəzalı vəziyyətə düşüb: “Bu gündən körpüdə əsaslı təmir işlərinə başlanıb, bununla əlaqədar həmin ərazidə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub”.