“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
"Euronews": AZAL-ın təyyarəsini Qroznı yaxınlığında - RUSİYA TƏRƏFİ VURUB
FED.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Qeyd olunub ki, aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınıb. Bu səbəbdən də Bakıdan Rusiyanın hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılıb. (Apa)