Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.
AZAL-dan FED.az-a verilən məlumata görə, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul etmiş və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.
Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.
AZAL-ın təyyarəsi texniki səbəbdən Pekin hava limanına geri qayıdıb
09:14
20 İyun 2017