Aviaşirkət adından fırıldaqçılıq faktları barədə AZAL-a məlumat daxil olub
AZAL-dan FED.az-a verilən məumata görə, fırıldaqçılar özlərini şirkətin insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə verərək, insanları işə qəbulla bağlı fırıldaqçıların bank kartı nömrəsinə müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırırlar.
Qeyd etməliyik ki, aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmayıb.
“Azərbaycan Hava Yolları” ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırır.
“AZAL” QSC, öz növbəsində, fırıldaqçılıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.