Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür.
FED.az xəbər verir ki, bu barədə AZAL-ın yaydığı məlumatda deyilir.
"Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq".