"Atəşgah Sığorta Şirkəti" ASC Vergilər Nazirliyini məhkəməyə verib.
FED.az xəbər verir ki, "Atəşgah Sığorta Şirkəti" vergi məsələləri üzrə yaranan mübahisənin həlli üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
İddia üzrə növbəti məhkəmə prosesi Elçin Məmmədovun sədrliyi ilə bu il martın 6-da keçiriləcək.