Hadisə

"Atəşgah" Sığorta şirkətinin maşını qəzaya düşüb - 2 NƏFƏR ÖLÜB

"Atəşgah" Sığorta şirkətinin maşını qəzaya düşüb - 2 NƏFƏR ÖLÜB | FED.az
16:13 19 Sen 2019

Sumqayıtda "Atəşgah" Sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.

FED.az xəbər verir ki, “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, iki avtomobil - "Hyundai-İX35" markalı minik avtomobili ilə Mercedesin toqquşması zamanı avtomobillərdən biri qəfil alışıb. Mercedesdə olan iki nəfər yanaraq kül olub. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Eləcə də bax: Azərbaycanda yol qəzalarında 484 nəfər həlak olub - RƏQƏMLƏR AÇIQLANDI

Faktla bağlı araşdırma aparılır

 

 

Digər xəbərlər