Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına hücum nəticəsində xəsarət alanların sayı 48 nəfərə çatıb.
FED.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinə istinadən RİA "Novosti" məlumat yayıb.
"Bişkek və Çuysk vilayətləri xəstəxanalarına 48 nəfər tibbi yardım üçün müraciət edib", - deyə idarənin məlumatında bildirilir.
Nazilik nümayəndəsi həmçinin qeyd edib ki, zərərçəkmişlərdən 9 nəfəri ambulator müalicəyə buraxılıb. Ümumilikdə 38 nəfərin stasionar müalicədə olduğu bildirilir.
***00:58
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına hücum nəticəsində xəsarət alanların sayı 36 nəfərə çatıb.
FED.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinə istinadən RİA "Novosti" məlumat yayıb.
"Saat 00:55-ə (Bakı vaxtı ilə 22:55) olan məlumata görə, səhiyyə müəssisələrinə 36 zərərçəkmiş daxil olub, onların 15-i müxtəlif xəsarətlər alan güc strukturu əməkdaşlarıdır", - deyə məlumatda bildirilir.
***22:13
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına hücum nəticəsində ən azı 15 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
FED.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinə istinadən RİA "Novosti" məlumat yayıb.
"Saat 23:25-ə (Bakı vaxtı ilə 21:25-də) olan məlumata görə, xəstəxanalarda ümumilikdə müxtəlif xəsarətlərlə 15 yaralı var", — deyə idarədən bildirilib.