ABŞ-ın 41-ci prezidenti Böyük Corc Buşvəfat edib.
FED.az xəbər verir ki, bu barədə "Washington Post" nəşri yazıb.
Sabiq dövlət başçısı 95 yaşında dünyasını dəyişib.
Corc Buş ondan 8 il sonra ABŞ prezidenti seçilmiş Corc Buşun atasıdır. Ona görə də onları ATA və OĞUL Corc Buşlar adlandırırlar.
Ata Corc Buş o qədər də uğurlu prezident olmayıb – son 40 ildə yeganə prezidentdir ki, ikinci dəfə seçilməyib. Bundan başqa, o tarixdə 1991-ci ildə ABŞ və müttəfiqlərinin İraqa qarşı başladığı «Səhrada fırtına» ilk İraq müharibəsi ilə qalıb.
İraqlıların ABŞ-a və Corc Bura mənfi münasibətini nümayiş etdirmək üçün Bağdaddakı otellərin birinin döşəməsinə Corc Buşun şəkli vurulmuşdu və qonaşlar onun şəklini tapdalayaraq hərəkət edirdilər.
Ata Corc Buş vəfat etdi
10:14
1 Dek 2018