Astaranın Şiyəkəran kənd sakinləri yolsuz qalıb.
FED.az xəbər verir ki, rayonda yağan intensiv yağışlar səbəbindən yaranan sel suları yenicə istifadəyə verilmiş körpünü dağıdıb.
Nəticədə kənd sakinləri çətinliklə üzləşiblər. Kəndə giriş-çıxış üçün alternativ yol 6 km aralıdan keçir. Bu yol isə bərbad vəziyyətdədir.
Kənd icra nümayəndəliyindən bildirilib ki, sözügedən körpü yalnız piyadalar üçün nəzərdə tutulub.
"Alternativ yolla hərəkəti bərpa etmək üçün yolda hamarlama işləri aparılacaq", - nümayəndəlikdən qeyd edilib. (Report)