Azərbaycan əsilli rusiyalı iş adamları Araz və Emin Ağalarovlar "Crocus City Hall"dakı terror aktı qurbanlarına yardım üçün 100 milyon rubl ayırıb.
“Krokus”un sahibi Araz Ağalarov hadisə yerində - İLK AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Ağalarovlara məxsus “Crocus Group” məlumat yayıb.
Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140 nəfərə çatıb.
Son məlumatlara görə, terror aktında 360 nəfər xəsarət alıb.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.
"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib. (Trend)