Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə bu gün gecə saatlarında vəfat edib.
FED.az xəbər verir ki, bu barədə mərhumun oğlu xəbər verib.
bildirib ki, onkoloji xəstəlikdən əziyyyət çəkən atası bu gün günorta saatlarında Yasamal qəbiristanlığında dəfn ediləcək.
Araz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib.
1985-ci ildə siyasi baxışlarına görə mühakimə olunub.
1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısı olub, 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri, 2012-ci il iyunun 30-da keçirilən partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra – sədri olub.
1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1991-ci ildə Azərbaycan Respublikasının "Respublika Müdafiə Şurası"nın üzvü olub. V Çağırış Milli Məclisin deputatı olub. (Apa)