Gecə saatlarında Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində bədbəxt hadisə baş verib.
FED.az xəbər verir ki,qəsəbədə yerləşən "Aquavita" zavodunun 1996-cı il təvəllüdlü işçisi Hümbətov Bilal hündürlükdən yerə yıxılıb.
Yaralı qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Zavodun meneceri Etibar Bağırov FED.az-a açıqlamasında xəbəri təqzib edərək bildirdi ki, bizim zavodda ümümiyyətlə Hümmətov Bilaladında işçi yoxdur.