Ankara-Konya marşrutu üzrə hərəkət edən sürət qatarının lokomotivlə toqquşması nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb.
Bunu Ankara valisi Vasip Şahin bildirib.
Eləcə də bax: “1 milyon xərcləmişəm, 1 manat gəlir olmayıb”
Onun sözlərinə görə, sürət qatarı eyni yolda nəzarəti həyata keçirən lokomotivlə toqquşub.
XXX
Ankara-Konya marşrutu üzrə hərəkət edən yüksək sürətli qatarın üst keçidə çırpılması nəticəsində çoxlu sayda sərnişin yaralanıb.
Hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub.
Qəza nəticəsində iki vaqon aşıb.
Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər.