Bakıda anbarda baş verən yanğın şiddətlənib.
FED.az xəbər verir ki, əraziyə 6-a yaxın yanğınsöndürən texnikası cəlb olunub.
İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.
Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir. (Report)