Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə “İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatı arasında məhkəmə çəkişməsi başa çatıb.
FED.az xəbər verir ki, dövlət qurumunun BOKT-a qarşı iddiasına sonuncu dəfə aprelin 19-da Ali Məhkəmədə baxılıb və iddia təmin edilməyib.
Xatırladaq ki, “İcraçı Kredit Agentliyi” Dövlət Xidmətinin kredit ittifaqlarına ayırdığı maliyyə vəsaitləri üzrə vasitəçi olub. Azərbaycan manatının devalvasiyasından sonra BOKT verilmiş borcların geri alınmasında və dövlətə ödənilməsində çətinliklərlə üzləşib.
Bundan sonra Dövlət Xidməti “İcraçı Kredit Agentliyi”nin müflis elan olunması tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 1 dekabr 2016-cı il tarixində keçirilmiş məhkəmə iclasında iddia tələbi təmin edilməyib.
Ardınca dövlət qurumu Bakı Apellyasiya məhkəməsinə müraciət edib. 30 noyabr 2017-ci il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayəti də təmin olunmayıb.
Eləcə də bax: MMC satışında yeni qayda
Eləcə də bax: İpoteka ilə ev almaq istəyənlər, mütləq oxuyun! - VIDEO