Ekipaj üzvləri Azərbaycan və Rusiyadan olan “Ağdaş” tankeri vəsait çatışmazlığı səbəbindən 16 aya yaxındır Süveyş limanında qalıb.
FED.az xəbər verir ki, bu barədə Novorossiyksdəki Beynəlxalq Nəqliyyatçılar Federasiyasının müfəttişi Olqa Ananyina bildirib.
“Türkiyənin “Palmali” gəmiçilik şirkətinə məxsus gəmi Süveyşdə bərbad vəziyyətdədir. Gəmidə Rusiya kapitanı və gəmiçiləri də var. Onlar susuz və yeməksiz qalıblar. Onlar Süveyş limanında ilişib qalıblar. Vəkil axtarırıq”, - deyə O. Ananyina vurğulayıb.
O, gəmiyə həbs qoyulmadığını, hərəkət etməsi üçün maliyyə vəsaiti olmadığından Süveyşdə dayandığını qeyd edib: “Ekipajın 412 min dollar borcu var. 14 ekipaj üzvündən 5-i Rusiya, 9-u isə Azərbaycan vətəndaşıdır”. (Apa)