Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.
Eləcə də bax: İşçiləri sığortalamaq neçəyədir? - PEŞƏLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən zavodlardan birində qeydə alınıb.
Belə ki, zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə hava pəri aşıb. O, aldığı xəsarətlərdən götürüldüyü xəstəxanada ölüb.
Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtdakı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Report)