ABŞ-ın 2 «F-15» təyyarəsi sentyabrın 8-də Suriyanın Deyr-ez-Zor vilayətini bombalayıb.
FED.az xəbər verir ki, bu barədə Suriyada tərəflərin barışığı üzrə Mərkəzin rəhbəri, general leytenant Vladimir Savçenko bildirib.
Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, ABŞ təyyarələri qadağan olunmuş fosfor bombalarından istifadə ediblər. Zərbələr Hacin şəhərinə endirilib, yanğınlar başlayıb, hücumun qurbanları və xəsarət alanlarla bağlə məlumatlar dəqiqləşdirilir.
Qeyd edək ki, ağ fosfordan istifadə etməklə hazırlanmış bombaların istifadə edilməsi 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyası ilə qadağan edilib.