ABŞ S-400 məsələsinə görə, Türkiyə ilə əlaqəni tam kəsməyəcək və iki ölkə arasında əməkdaşlıq davam edəcək. FEDaz xəbər verir ki, bu barədə Ağ Evdən verilən açıqlamada bildirilir. Açıqlamada deyilir ki, "Türkiyənin S-400 alması F-35 programında iştirakını imkansız edir. «F-35»lər Rusiyanın məlumat toplama proqramı ilə birlikdə ola bilməz. ABŞ Türkiyənin hava müdafiə ehtiyaclarını qarşılamağa çalışır. Türkiyə ilə hərbi əməkdaşlığımız güclüdür və birlikdə çalışmağa davam edəcəyik»-deyə açıqlamada bildirilir. ABŞ-ın Müdafiə Nazirliyi isə «Türkiyə, S-400 alaraq F-35 layihəsini riskə atdı, Türkiyə, F-35 proqramından kənarlaşdırıldı, amma bu qərar geriyə alına bilər» açıqlamasını verib. |
ABŞ sanksiyalardan vaz keçir: «Türkiyə ilə iş birliyimiz davam edəcək»
08:37
18 İyul 2019