ABŞ çərşənbə günü Fars körfəzindəki neft tankerlərinin hədəf alınması üçün istifadə edilən İran məlumat bazasına hücum edərək yararsız hala gətirib.
ELƏCƏ DƏ BAX : Donald Tramp: "Həsən Ruhani ilə "uyğun şərtlər”də görüşə bilərəm"
FED.az xəbər verir ki, Birləşmiş Ştatlar iyul ayında İranın amerikan pilotsuz təyyarəsini vurmasından sonra hücuma başlayıb.
ABŞ prezidenti Donald Tramp İranın bu hərəkətini cavabsız qoymaq istəməyib, lakin insan qurbanlarını nəzərə alaraq İrana ediləcək hücumu ləğv edib.
Hərbi hücumun əvəzinə ABŞ kiberhücuma başlayıb.
Bildirilir ki, bu əməliyyatın nəticələri müvəqqəti olaraq planlaşdırılsa da, gözləniləndən daha uzun sürüb.
Qeyd edək ki, İran hələ də vacib rabitə sistemlərini və hücum nəticəsində itirilən məlumatları bərpa edə bilməyib.
mənbə : TED.AZ