ABŞ-da saxta şəxsiyyət vəsiqələri ilə banklardan 1,5 milyon dollar oğurlayan 9 erməni həbs edilib.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın Miqrasiya və Gömrük Orqanlarının apardığı tədqiqatlar zamanı məlum olub ki, 331 ədəd saxta erməni pasportu hazırlayan dələduzlar "Bank of America” və “Wells Fargo”dan soyğunçuluq edib. İstintaqın nəticələrinə görə, cinayətkarlar bankçılıq qaydalarındankı çatışmazlıqlardan istifadə edərək əvvəlcə bir hesabdan digərinə pul köçürüb, daha sonra isə dərhal bankomatlardan həmin vəsaiti çıxararaq Las-Veqas kazinolarında xərcləyiblər.
Tutulanlar 48 yaşlı Ara Malhasyan, 38 yaşlı Smbat Xeçumyan, 45 yaşlı Sveta Xeçumyan (Smbatın bacısı və Malhasyanın arvadı), 30 yaşlı Arutyun Petrosyan, 34 yaşlı Artur Arutunyan, 38 yaşlı Xaçatur Çobanyan, 49yaşlı Civan Ahnazaryan və 37 yaşlı Arman Qriqoryandır. 29 yaşlı Artak Ohoyan isə hüquq-mühafizə orqanlarına könüllü təslim olub.
Eləcə də bax: “Holcim Azərbaycan” “Qarabağ” klubunu - MƏHKƏMƏYƏ VERİB