Banner

Hadisə

ABŞ-da azərbaycanlı güllələnərək öldürüldü - FOTOLAR

ABŞ-da azərbaycanlı güllələnərək öldürüldü - FOTOLAR | FED.az
11:02 15 Yan 2019
ABŞ-da azərbaycanlı güllələnib. 

FED.az xəbər verir ki, bu gün səhər saatlarında Şimali Karolina ştatının Şarlott şəhərində yaşayan 29 yaşlı Elçin Xəlilov güllələnərək öldürülüb. 

Eləcə də bax: Bakıda “Bazarstore”a silahlı basqın

Hadisə E. Xəlilovun işlədiyi telefon dükanında baş verib. Şahidlərin dediyinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də yaxalanmayıb. Polislər hadisə yerinə gələndə o, yaralı vəziyyətdə olub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Cinayətlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul idi. Bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçmüşdü. Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub.


 
Elchin Khalilov adlı şəxsin şəkli. 

Elchin Khalilov adlı şəxsin şəkli. 

Elchin Khalilov adlı şəxsin şəkli.

Digər xəbərlər

Banner