Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
FED.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Könül Hümbətova ifadə verib.
O, 2012-ci ildən "United Credit Bank"da çalışdığını, hazırda həmin bankın xəzinədarı olduğunu və 2017-ci ildən analıq məzuniyyətinə çıxdığını bildiirb.
O qeyd edib ki, təqsirləndirilən R.Vəliyevin şirkətləri "United Credit Bank"dan da xaricə pul köçürmələri edib: "Mən bankda əsasən başqa banklarla maliyyə əməliyyatlarına, Mərkəzi Bankdan pulun alınması, ora pulun göndərilməsi kimi məsələlərlə məşğul oluram".
Eləcə də bax: Rüşvət alan növbəti dələduzun görüntüləri yayıldı
Suallara cavab verən K.Hümbətova deyib ki, təqsirləndirilən şəxslərdən R.Vəliyevi üzdən tanıyıər: "Deyəsən, şirkət rəhbəri kimi "United Credit Bank" gəlirib, köçürmələr edirdi".
Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.
İttiham aktına əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini M.Əliyev 2012-ci ilin əvvəlində R.Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. Həmin şəxslər, ümumilikdə, cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulu çirkli yolla leqallaşdırıb və ölkədən çıxarıb.
Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.