Bakıdakı “28 Mall” Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Ticarət Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, texniki səbəblərə görə “28 Mall” Ticarət Mərkəzində işıqlar sönüb: “Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb".
TM-in məlumatına görə, artıq günün 2-ci yarısında mərkəz fəaliyyətini bərpa edəcək: "Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik. Bütün komandamız problemin ən qısa zamanda həll edilməsi üçün çalışır”.
***
Bir qədər əvvəl Ticarət Mərlkəzi problemin həll olunduğunu və girişin bərpa edildiyini açıqlayıb: "Hörmətli qonaqlarımız, 28 Mall-da yaranmış texniki nasazlıq aradan qaldırılıb və ticarət mərkəzinə giriş bərpa edilib" - deyə elanda bildirilir.