2018-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumlarına 218 müraciət daxil olub.
FED.az xəbər verir ki, müraciətlərdən 104-ü “161-Qaynar xətt” əlaqə mərkəzindən daxil olub, digər 114 müraciət isə fiziki və hüquqi şəxslərin yazılı ərizələri olub.
Əməliyyat qurumları tərəfindən 24 cinayət işi başlanılıb, keçirilimiş 12 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalanıb, habelə 22 nəfər axtarışda olan şəxs saxlanılıb.
2018-ci il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində 648 cinayət işinin ibtidai araşdırılması aparılıb.
Eləcə də bax: Şirkət “Bakı Metropoliteni”ni məhkəməyə verdi - ÖDƏNİŞDƏN NARAZIDIR