Hadisə

«20-yə yaxın mağaza yanıb, hərəsində - 1-2 MİLYONLUQ PARÇA VARDI»

«20-yə yaxın mağaza yanıb, hərəsində - 1-2 MİLYONLUQ PARÇA VARDI» | FED.az
09:22 18 Fev 2020

«Sədərək» Ticarət Mərkəzində baş verən yanğının bəzi təfərruatları məlum olub.

Eləcə də bax: “Sədərək” Ticarət Mərkəzi - YANIR - YENİLƏNİR

FED.azın məlumatına görə, yanğın əsasən ticarət mərkəzinin «Paltar bazarı»  adlanan hissəsinin parçaların satışı aparılan «Parça sırası»nda - 8-ci sırada baş verib. Hadisə şahidləri FED.az-a bildirib ki, təqribən 20 mağazanı əhatə edən yanğın nəticəsində böyük həcmdə zərər dəyib: «20-yə yaxın mağaza yanıb, hərəsində bir neçə yüz mindən bir neçə milyon manata yaxın məbləğində satlıq mal olub».

Qeyd edək ki, yanğın səhər saatlarında başlayıb, saat 9-10-a olan məlumata görə, yanğın məhdudlaşdırılıb. Yanğınsöndürənlərin Ticarət Mərkəzinə daxil olmasında çətiniliklər olub, yanğının başqa sahələrə keçməsinin qarşısını almaq üçün bəzi yerlərdə mərkəzin damı sökülüb.

Digər xəbərlər

Banner