Hadisə

15 min manatadək cərimələyəcək qurumlar - MÜƏYYƏNLƏŞDİ

15 min manatadək cərimələyəcək qurumlar - MÜƏYYƏNLƏŞDİ | FED.az
20:06 23 Noy 2018

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına dair inzibati xətalar haqqında işlərə baxacaq dövlət orqanları müəyyənləşib.
 
ELƏCƏ DƏ BAX: Agentlik sahibkarlara –XƏBƏRDARLIQ ETDİ
 
FED.az-ın məlumatına görə, bu, Prezident  İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.
 
Beləliklə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması sahəsində lombardlara və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən şəxslərə münasibətdə inzibati xətalar haqqında işlərə Maliyyə Monitorinqi Xidməti baxacaq.
 
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına dair digər inzibati xətalar haqqında işlərə aşağıdakılar baxacaqlar:
 
- notariuslara münasibətdə Ədliyyə Nazirliyi;
- hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə Vergilər Nazirliyi;
- qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan şəxslərə münasibətdə Maliyyə Nazirliyi;
- lotereya və idman mərc oyunları təşkilatçılarına münasibətdə Maliyyə Bazarlarına Nəzarət Palatası;
 
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

Digər xəbərlər

Banner