Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
ELƏCƏ DƏ BAX: Bağlanan bankın vəzifəli şəxsinin istintaqı yekunlaşıb
FED.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda prokuror Sabir Abdinov ittiham aktını elan edib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslərin heç biri özlərini təqsirli bilməyiblər.
Sonra zərərçəkmiş L.Əhmədova məhkəmədə ifadə verib. O deyib ki, təqsirləndirilən şəxs Nizami Ağayev makler kimi ona ev tapmaq istəyib:
“Dəfələrlə müxtəlif evlərə getmişik, baxmışam, bəyənmişəm. Nizami müəllimin nömrəsini yoldaşıma verdim, obyekti biz almaq istəyirdik. O, binanı dörd milyon manata satacağını deyirdi. Binada dörd mərtəbəni 24 min manata icarəyə götürdük”.
Zərərçəkmiş ifadəsinin davamında bildirib ki, N.Ağayev icarəyə verdiyi yeri təmir etdirəcəyini desə də, sonradan sözünə əməl etməyib:
“Mən buranın təmirinə 1 milyon 100 min manat pul xərcləmişəm. Bu pulun 100 min dollarını bankdan kredit götürmüşdüm. Amma bir manat da gəlir əldə etməmişəm. Düşünürəm ki, əslində, Nizami Ağayevin əvvəlcədən fikri buranı mənə təmir elətdirib, ondan sonra əlimdən almaq olub. Əvvəlcə binanın üçüncü mərtəbəsini əlimdən aldılar.
Orada 15 yeni kondisioner quraşdırmışdıq. Onun hamısını onlara bağışladım. Müəyyən müddət keçəndən sonra binanın ikinci mərtəbəsini restoran kimi istifadə eləməyi nəzərdə tutmuşduq və orada buna uyğun olaraq təmir işləri aparmışdıq.
Bir gün gəlib baxanda restoranın mətbəx hissəsinin tamamilə dağıdıldığını gördük. Lakin yerə vurduğumuz bahalı parket və digər təmir normal vəziyyətdə qalmışdı. Oranı da Nizami Ağayev əlimizdən aldı”.
“1 milyon xərcləmişəm, 1 manat gəlir olmayıb”
20:03
12 Dek 2018