Bu ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ölkələrə 15 milyon 501min dollar dəyərində 231ton yod ixrac edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
İxrac göstəriciləri dəyər ifadəsi ilə 1 milyon 980 min manat ( 14,6%) dəyər ifadəsi ilə 52 ton (29,1%) artıb.
2022-ci ilin yanvar-dekabr aylarında 179 ton yod ixrac edilmişdi ki, ixracdan ümumilikdə 13 milyon 522 min dollar gəlir əldə edilmişdi.
1 ton yodun ixrac dəyəri bu il 67 min 63 dollara başa gəlib. Ötən il isə bu göstərici 75 min 516dollar olub.
Qiymətlərdə 8 min 453 dollar və ya 11,2% ucuzlaşma qeydə alınıb.