2024-cü ilin yanvar-mart ayında Azərbaycandan 27 milyon 704,6 min dollar dəyərində 35 min 263 ton xurma ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12 milyon 977 min dollar və ya 88,1%, miqdar ifadəsilə 15 min 15 ton və ya 74,2% artıb.
2023-cü ilin ilk 3 ayında isə Azərbaycandan 14 milyon 727 min dollar dəyərində 20 min 248 ton xurma ixrac olunmuşdu.
2024-cü ilin ilk (üç ayında 1 kq xurmanın orta ixrac qiyməti 13,36 manat olub. 2023-cü ilin eyni dövrünə nisbətən xurma 1 manat bahalaşıb. Belə ki, ötən ilin eyni dövründə 1 kq xurmanın orta ixrac qiyməti 12,36 manat olmuşdu.