2024-cü ilin yanvar-mart ayında Azərbaycandan 32 milyon 248 min dollar dəyərində 5 min 322 ton fındıq ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6 milyon 100 min dollar və ya 15,9%, miqdar ifadəsilə 2 min 501 ton və ya 32% azalıb.
2023-cü ilin ilk 3 ayında isə Azərbaycandan 38 milyon 348 min dollar dəyərində 7 min 823 ton fındıq ixrac olunmuşdu.
1 kq fındığın orta ixrac qiyməti 2024-cü ilin üç ayında 10,30 manata, ötən ilin eyni dövründə isə 8,3 manata başa gəlib.
Qiymətlər son bir il ərzində 1,97 manat və ya 23,6% bahalaşıb.