2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrə 4 milyon 63 min ABŞ dolları dəyərində 3 min 245 ton xiyar ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 261,2 min dollar və ya 6,9%, həcm baxımından isə 453 ton və ya 30% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 3 milyon 802 min dollar dəyərində 2 min 792 ton xiyar ixrac edilib.
1 ton xiyarın ixrac qiyməti 2023- ildə 1252 dollar, əvvəlki il isə 1362 dollar təşkil edib. Qiymətlərdə 110 dollar (0,8%) azalma baş verib.
Bu da o deməkdir ki, 1 kq xiyarın ixracı 2,12 manata, 2022-ci ildə isə 2,31 manata başa gəlib.