2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ölkələrə 8 milyon 652 min ABŞ dolları dəyərində 9 min 758 ton üzüm ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 619,3 min dollar və ya 6,7%, miqdar baxımından isə 2 390 ton və ya 19,7% azdır.
2022-ci ilin yanvar-dekabr aylarında 9 milyon 271 min dollar dəyərində 12 min 148 ton üzüm ixrac edilib.
1 ton üzümün ixrac qiyməti bu il 887 dollar, ötən il isə 761 dollar olub. Beləliklə, ixrac qiyməti son bir il ərzində 123
dollar (16,2%) bahalaşıb.
Bu da o deməkdir ki, üzümün 1 kiloqramının satış qiyməti 2023-cü ildə 1,51 manat, əvvəlki il isə 1,30 manat olub.