2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrdən 10 milyon 742 min ABŞ dolları dəyərində 14 min 932 ton portağal idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 993 min dollar və ya 8,5%, həcm baxımından isə 1 349 ton və ya 8,3% çoxdur.
2022-ci ilin yanvar-noyabr aylarında 11 milyon 734 min dollar dəyərində 16 min 280 ton portağal idxal edilib.
1 ton portağal idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 719 dollar, 2022-ci ilin eyni dövründə 721 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 2 dollar (0,2%) ucuzlaşma baş verib.
Ümumilikdə isə 1 kq portağal idxalı 2023-cü ilin və 2022-ci ilin yanvar-noyabr aylarında 1,22 manata başa gəlib.