2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 374 milyon 23,3 min dollar dəyərində 81 206 ədəd avtomobil idxal olunub.
Bu barədə “FED.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İdxal olunmuş nəqliyyat vasitələrinin 75 608 ədədi minik avtomobilləri 11 769 ədədi hibrid, 2 425-i elektromobillər, 5 756-sı yük maşınları, 302-si xüsusi təyinatlı, 90-ı isə 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş avtomobillərdir.
Minik avtomobillərinin idxal dəyəri 1 milyard 245 milyon 193 min dollar, hibrid avtomobillərin idxal dəyəri 295 milyon 531,25 min dollar. elektromobillərin idxal dəyəri təxminən 98 milyon 300 min dollar, yük avtomobillərinin dəyəri 90 milyon 158 min dollar, xüsusi təyinatlı avtomobillərin idxal dəyəri 32 milyon 577,58 min dollar təşkil edib.