2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 73 milyon 650,97 min dollar dəyərində 13 min 204,57 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 15 milyon 748,83 min dollar yəni 11,7%, miqdar ifadəsi ilə 2 290,07 ton ( 14,8%) azalıb.
Keçən ilin müvafiq dövründə 89 milyon 399,8 min dollar məbləğində 15 min 494,64 ton kərə yağı idxal olunub.
1 ton kərə yağının orta idxal qiyməti bu il 5 578 dollar, keçən il isə 5 770 dollar təşkil edib. Qiymətlərdə 192 dollar və ya 3,3% ucuzlaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə idxal edilən kərə yağının idxal dəyəri Azərbaycanın ümumi idxalının 0,52%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə kərə yağının idxalı Azərbaycanın ümumi idxalının 0,77%-nə bərabər olub.