2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 348 milyon 121,44 min ABŞ dolları dəyərində 3 milyard 409 milyon 454,61 min kvt/saat elektrik enerjisi ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi dəyər ifadəsi ilə 283 milyon 261,99 min dollar (5,4 dəfə), miqdar ifadəsi ilə 2 milyard 582 milyon 692,52 min kvt/saat (4,1 dəfə) artıb.
2022-ci ilin yanvar-oktyabr aylarında xaricə elektrik enerjisi ixarcı 64 milyon 859,45 min dollar dəyərində 826 milyon 762,09 min kv/saat təşkil edib.
Beləliklə, hər 1000 kv/saat elektrik enerjisinin orta ixrac qiyməti 102 dollar təşkil edib, keçən il istə bu göstərici 78 dollar idi. Son bir ildə 24 dollar (30,2%) artım qeydə alınıb.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 1,19 %, qeyri-neft sektoru üzrə ixracında isə 12,83 % paya malik olub.
Keçən ilin müvafiq dövründə isə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,19%, qeyri-neft sektoru üzrə ixracında isə 2,72 % paya malik olub.