Yanvar-oktyabr aylarında 43 milyon 102,22 min dollar dəyərində 47 min 674,76 ton düyü idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, idxal göstərciləri məbləğ ifadəsi ilə 4 milyon 345,91 min dollar (11,2%), miqdar ifadəsi ilə 1 945,22 ton (4,3%) artıb.
Keçən ilin yanvar-oktyabr aylarında xaricdən 38 milyon 756,31 min ABŞ dolları dəyərində 45 min 729,54 ton düyü idxal edilmişdi.
Beləliklə bir ton düyünün idxal qiyməti bu il 904 dollar, ötən ilin müvafiq dövründə 848 dollar təşkil edib. Bu göstərici son bir ildə 57 dollar, başqa sözlə 6,7% artıb.
Xatırladaq ki, cari ilin ilk 10 ayında düyü idxalı Azərbaycanın ümumi idxalının 0,30%-nə bərabər olub. 2022-ci ilin eyni dövründə isə bu göstərici 0,33% idi.