Bu ilin yanvar ayında Azərbaycana 176,5 milyon dollar dəyərində 7 min 591 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.
Fed.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 37,5 milyon dollar və ya 27%, miqdar ifadəsilə isə 72 ədəd, başqa sözlə 0,9% azdır (miqdar azalması cüzidir, dəyər artımı isə yüksəkdir).
Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində ölkəyə 139 milyon dollar dəyərində 7 min 663 ədəd avtomobil gətirilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan bir avtomobilin orta qiyməti 23 min 257 dollar (təxminən 39 min 537 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 18 min 137 dollar (təxminən 30 min 833 manat) idi. Bu da illik müqayisədə 5 min 120 dollar (8 min 704 manat) və ya 28,2% bahalaşma deməkdir.













