2024-cü ilin yanvar ayında Azərbaycana 45 milyon 482 min dollar dəyərində 3 min 705 ton əczaçılıq məhsulları idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 25 milyon 917 min dollar yəni 36,3% azalıb, miqdar ifadəsi ilə təxminən 1 574 ton (73,9%) artıb.
Ötən ilin müvafiq dövründə 71 milyon 400 min dollar məbləğində 2 min 131 ton əczaçılıq məhsulları gətirilib.
1 ton əczaçılıq mhsullarının idxal qiyməti bu il 12 278 dollar, ötən il isə 33 512 dollar təşkil edib. Qiymətlərdə 21 234 dollar və ya 63,4% (2,7 dəfə) ucuzlaşma qeydə alınıb.
Bu da o deməkdir ki, bir kq əczaçılıq məhsulunun idxalı cari ilin yanvar ayında 208,72 manat, ötən iln müvafiq dövründə isə 569,70 manata başa gəlib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3,98%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,05%-nə bərabər olub.