2024-cü ilin yanvar ayında Azərbaycana 5 milyon 918 min dollar dəyərində 5 min 834 ton düyü idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 2 milyon 118 min dollar yəni 26,4%, miqdar ifadəsi ilə təxminən 3 min 89 ton (34,6%) azalıb.
Ötən ilin müvafiq dövründə 8 milyon 36 min dollar məbləğində 8 min 923 ton düyü gətirilib.
1 ton düyünün idxal qiyməti bu il 1 014 dollar, ötən il isə 901 dollar təşkil edib. Qiymətlərdə 114 dollar və ya 12,6% bahalaşma qeydə alınıb.
Bu da o deməkdir ki, bir kq düyünün idxalı cari ilin yanvar ayında 1,72 manat, ötən iln müvafiq dövründə isə 1,53 manata başa gəlib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən düyünün dəyəri Azərbaycanın ümumi idxalının 0,52%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə düyünün idxalı Azərbaycanın ümumi idxalının 0,57%-nə bərabər olub.