Bu ilin yanvar ayında Azərbaycana 5,6 milyon dollar dəyərində 8 min 369 ton gübrə idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, gübrə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 434 min dollar və ya 8,4%, miqdar ifadəsilə isə 4 min 654 ton, başqa sözlə 35,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 5,1 milyon dollar dəyərində 13 min 22 ton gübrə idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan gübrənin 1 kiloqramının orta idxal qiyməti 0,67 dollar (təxminən 1 manat 14 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,39 dollar (təxminən 66 qəpik) idi. Bu da illik müqayisədə 0,28 dollar (48 qəpik) və ya 71,8% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 0,43%-i gübrənin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,25% idi.










