2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 15 milyon 557 min dollar dəyərində 2 min 968 ton kərə yağı idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 5 milyon 159 min dollar yəni 49,6%, miqdar ifadəsi ilə təxminən 1 206 ton (68,4%) artıb.
Ötən ilin müvafiq dövründə 10 milyon 398 min dollar məbləğində 1 762 ton kərə yağı gətirilib.
1 ton kərə yağının idxal qiyməti bu il 5 242 dollar, ötən il isə 5 901 dollar təşkil edib. Qiymətlərdə 660 dollar və ya 11,2% ucuzlaşma qeydə alınıb.
1 kq kərə yağının idxalı cari ilin iki ayında 8,91 manata, ötən ilin müvafiq dövründə 10,03 manata başa gəlib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən kərə yağının dəyəri Azərbaycanın ümumi idxalının 0,64%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə kərə yağının idxalı Azərbaycanın ümumi idxalının 0,39%-nə bərabər olub.